Avroliqanın finalı zamanı azarkeşlərin daşınması üçün nəqliyyat planı hazırlanıb


Digərləri 25 May 2019 16:05:00 244 0

Avroliqanın finalı zamanı azarkeşlərin daşınması üçün nəqliyyat planı hazırlanıb

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən UEFA Avropa Liqasının final oyunu zamanı futbol turnirini izləməyə gələcək azarkeşlərin daşınması üçün nəqliyyat planı hazırlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında BNA mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onunu sözlərinə görə, plana əsasən müxtəlif istiqamətlər üzrə marşrutlar müəyyənləşdirilib, Bakı Olimpiya Stadionunun ərazisindəki nəqliyyat terminalının və şəhərin müxtəlif ərazilərində məntəqələrin layihəsi hazırlanıb və bu sahədə müvafiq işlər görülüb.