Mayın 25-30-da bu şəxslər ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcək


Digərləri 25 May 2019 15:47:00 227 0

Mayın 25-30-da bu şəxslər ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcək

UEFA Avropa Liqasının final oyunu ərəfəsində akkreditasiya olunmuş şəxslərin mayın 25-30-da ictimai nəqliyyatdan və biletli azarkeşlərin isə mayın 28, 29 və 30-da kart sistemi ilə işləyən marşrutlardan ödənişsiz şəkildə istifadəsi üçün işlər görülüb.

Bakı. Samir Əli - UEFA Avropa Liqasının final oyunu ərəfəsində akkreditasiya olunmuş şəxslərin mayın 25-30-da ictimai nəqliyyatdan və biletli azarkeşlərin isə mayın 28, 29 və 30-da kart sistemi ilə işləyən marşrutlardan ödənişsiz şəkildə istifadəsi üçün işlər görülüb. Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, eyni zamanda oyun günü ictimai nəqliyyat gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərəcək: "Çarter reysi ilə gələn "Arsenal" və "Çelsi" azerkeşlərinin "Terminal-1" və "Terminal-2" ərazisindən müvafiq olaraq Bakı Olimpiya Stadionuna və Bakı Nəqliyyat Agentliyinin Depo-2 ərazisinə təqdim edilən siyahıya uyğun olaraq daşınması AFN transport şirkəti tərəfindən həyata keçiriləcək və koordinasiya olunacaq.