BNA Avroliqanın finalı zamanı azerkeşlərin daşınması üçün nəqliyyat planı hazırlayıb


Digərləri 25 May 2019 15:37:00 259 0

BNA Avroliqanın finalı zamanı azerkeşlərin daşınması üçün nəqliyyat planı hazırlayıb

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən UEFA Avropa Liqasının final oyunu zamanı futbol turnirini izləməyə gələcək azerkeşlərin daşınması üçün nəqliyyat planı hazırlanıb.

Bakı. Samir Əli - Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən UEFA Avropa Liqasının final oyunu zamanı futbol turnirini izləməyə gələcək azerkeşlərin daşınması üçün nəqliyyat planı hazırlanıb. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında BNA mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onunu sözlərinə görə, plana əsasən müxtəlif istiqamətlər üzrə marşrutlar müəyyənləşdirilib, Bakı Olimpiya Stadionunun ərazisindəki nəqliyyat terminalının və şəhərin müxtəlif ərazilərində məntəqələrin layihəsi hazırlanıb və bu sahədə müvafiq işlər görülüb.