Ermənistan Boks Federasiyası: Azərbaycan və UEFA-nın ünvanına tənqidlər ağlasığmazdır


Digərləri 25 May 2019 15:09:00 193 0

Ermənistan Boks Federasiyası: Azərbaycan və UEFA-nın ünvanına tənqidlər ağlasığmazdır

“Arsenal”ın futbolçusu Henrix Mxitaryanın Bakıda Avropa Liqasının finalına getməyəcəyi barədə açıqlaması Ermənistanda sosial şəbəkələrdə müzakirələrə səbəb olub

Bakı. Ləman Zeynalova - “Arsenal”ın futbolçusu Henrix Mxitaryanın Bakıda Avropa Liqasının finalına getməyəcəyi barədə açıqlaması Ermənistanda sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Trend-in “Eurasia.net” saytına istinadən məlumatına görə, Ermənistan Boks Federasiyasının mətbuat katibi Yervand Akopyan öz “Facebook” səhifəsində bu qərarı tənqid edib: “Azərbaycan və UEFA-nın ünvanına tənqidlər ağlasığmazdır. Onlar bütün təhlükəsizlik təminatlarını təqdim ediblər. Mxitaryan özü getməmək qərarı verib”.