Bakıda arvadını iplə boğan şəxsin etirafı “Xəyanətə görə öldürdüm”


Kriminal 25 May 2019 13:48:00 235 0

Bakıda arvadını iplə boğan şəxsin etirafı  “Xəyanətə görə öldürdüm”

Arvadını boğaraq öldürməkdə təqsirli bilinən Müsəddiq Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il oktyabr ayında Qaradağ rayonunda baş verib.

Rayonun Lökbatan qəsəbəsində yaşayan 58 yaşlı Yardımlı rayon sakini Müsəddiq Qüdrət oğlu Əliyev qısqanclıq zəminində arvadı, 44 yaşlı Ofeliya İmanovanı iplə boğaraq öldürüb.