Erməni nazir Lavrovla danışdı,


Dünya 25 May 2019 13:23:00 195 0

Erməni nazir Lavrovla danışdı,

Rusiya XİN rəhbəri Sergey Lavrovla telefon söhbətindən sonra Ermənistan xarici işlər naziri Zöhrab Mnasakanyanın halı gözlənilmədən pisləşib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda Ermənistan KİV məlumat yayılıb.

İnsident ötən həftə baş verib. Ermənistanlı diplomatın halının dəyişməsi ilə əlaqədar XİN əməkdaşları təcili tibbi yardım çağırmalı olub.

Nazirliyə gələn həkimlər tibbi yardım göstərib. Məlum olub ki, Lavrovla söhbətindən sonra erməni nazirin arterial təzyiqi kəskin şəkildə qalxıb.

KİV-də verilən xəbərlərə görə, Rusiya və Ermənistan XİN-i arasında olduqca gərgin telefon söhbəti olub.