"Güclü ordu, xalqın iradəsi və Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün əminlik yaradır"


Siyasət 25 May 2019 13:12:00 258 0

"Güclü ordu, xalqın iradəsi və Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün əminlik yaradır"

Azərbaycanın güclü ordusu, xalqımızın iradəsi və Prezidentimizin qətiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün bizdə əminlik yaradır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov 28 May- Respublika günü münasibətilə keçirilən tədbirdə deyib.

Ə.Əhmədov bildirib ki, bizim yeganə problemimiz Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğal altında olmasıdır:

"Azərbaycan müharibə tərəfdarı deyil. Danışıqlar yolu ilə münaqişənin nəticələrinin aradan qaldırılmasına üstünlük verir. Hesab edirik ki, hələ bu istiqamətdə imkanlar mövcuddur. Bu imkanlardan axıra qədər də istifadə etmək lazımdır".