Əli Əhmədov: Dünyada Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan ölkələrdəndir


Digərləri 25 May 2019 12:59:08 165 0

Əli Əhmədov: Dünyada Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan ölkələrdəndir

Dünyada Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan ölkələrdəndir

Bakı. Elçin Mehdiyev – Dünyada Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan ölkələrdəndir. İnsanların rifah halının yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülür. Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov 28 May- Respublika günü münasibətilə keçirilən tədbirdə deyib. O bildirib ki, Azərbaycanın diplomatik sahədə nailiyyətləri qürur duymaq üçün kifayət qədər əsas verir: "Dövlətimiz digər xarici ölkələrlə uğurlu diplomatik əlaqələr qurub. Azərbaycandakı təhlükəsizlik və əmin-amanlıq xüsusi vurğulanmalıdır. Bunu xalqımız da görür. Azərbaycan dünyada sabitlik adası kimi tanınır". Ə.Əhmədov əlavə edib ki, Azərbaycan Heydər Əliyev ideyaları əsasında daha da güclənir, ölkəmiz günü-gündən inkişaf edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin