5,1 ballıq zəlzələ Tokionu silkələdi


Dünya 25 May 2019 12:18:00 206 0

5,1 ballıq zəlzələ Tokionu silkələdi

Tokionun şərqində Tiba prefekturasında güclü zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Yaponiya Milli Meteoroloji Xidməti yeraltı təkanların 5,1 bal gücündə qeydə alındığını bildirib.

Zəlzələ 40 km dərinlikdə olub. Təkanların Tokioda da hiss olunduğu deyilir.

Dağıntılar və insan tələfatı barədə məlumat verilməyib.