Nazir: Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur


Digərləri 25 May 2019 12:12:00 188 0

Nazir: Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur

“Hər bir xalqın tarixində qələbələr, yüksək zirvələr, böyük çətinliklər və faciələr var. Heç də hər muzey, hər məkan yalnız qəhrəmanlıq nümunələri əks etdirməməlidir”.

Bakı. İlhamə İsabalayeva – “Hər bir xalqın tarixində qələbələr, yüksək zirvələr, böyük çətinliklər və faciələr var. Heç də hər muzey, hər məkan yalnız qəhrəmanlıq nümunələri əks etdirməməlidir”. Trend-in məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətində “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, Azərbaycan xalqının faciəsi ondan ibarət idi ki, onun daim böyük, yaradıcı, çox böyük fəlsəfə daşıyan insanlarının sayı çox idi. Totalitarizm rejiminin sıx çərçivəsi içində onların yaşaması həm bu rejimin ideologiyasına, həm də onların mənəviyyatına uyğun gəlmirdi və sığışmırdı: