Azərbaycan möhtəşəm tədbirləri keçirməyi yaxşı bilir FOTO


Digərləri 25 May 2019 11:11:40 200 0

Azərbaycan möhtəşəm tədbirləri keçirməyi yaxşı bilir  FOTO

Son.az kun.uz saytına istinadən məqaləni təqdim edir.

Miqyaslı beynəlxalq idman və mədəniyyət tədbirlərinin, möhtəşəm şouların effektli şəkildə təşkili -regional lider olan Azərbaycan özündə bunları birləşdirir.

Ölkənin iqtisadi uğurları, hökumətin iddialı və effektiv sosial-iqtisadi islahatları, idmanla mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməsi son on illərdə Azərbaycanın beynəlxalq nüfuzunu xeyli möhkəmləndirib.

Malik olduğu zəngin və təhsilli insan resursları, sürətlə inkişaf edən iqtisadiyyatı sayəsində beynəlxalq nüfuzunu artıran Azərbaycan, dünya miqyaslı forumlar və tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə sübut edib. Bu cür yanaşma sayəsində Azərbaycanda Qəbələ Beynəlxalq Musiqi Festivalı, Bakı Beynəlxalq Caz Festivalı, Mstislav Rostropoviçin Bakı Beynəlxalq Musiqi Festivalı və Muğam Dünyası Beynəlxalq musiqi festivalı kimi tədbirlər keçirilir.

Lakin ölkənin artan potensialını nəzərə alaraq, Azərbaycan və xüsusilə paytaxt Bakı daha böyük tədbirlərin ev sahibi olmaq, daha böyük auditoriya cəlb etmək istəyində idi.

Dünyanı valeh edən, Azərbaycanın dostlarını sevindirən, tənqidçilərini isə kədərləndirən böyük bir uğura aparan yola çıxmaq üçün bir balaca təkan lazım idi.

2011-ci ildə "Eurovision" Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Ell və Nikki dueti, nəfəskəsici bir finalda "Running Scared" mahnısını ilə qalib gələrək, növbəti ilin "Eurovision"unu Bakıya gətirdi. Bakı bu möhtəşəm müsabiqəni "Crystal Hall"da  - cəmi 8 aya tikilmiş yeni arenada keçirdi. Bu, Bakıda belə böyük miqyasda keçirilən ilk beynəlxalq tədbir, həm də şəhərin idarəçilik qabiliyyəti və infrastrukturu üçün ilk ciddi sınaq idi. O zaman Azərbaycanın rəqibi Ermənistan Bakıya gəlməkdən imtina edərək, "Eurovision-2012" müsabiqəsinin boykotuna çağırış etmişdi. Amma Azərbaycan üzərinə düşən vəzifəni uğurla yerinə yetirərək, ölkəyə göstərilən təzyiqləri dəf edə bildi, "Eurovision 2012"yə təşrif buyurmuş bütün qonaqların təhlükəsizliyini təmin etdi.   

2015-ci ildə isə Azərbaycan Bakıda ilk Avropa Oyunlarını keçirmək hüququ qazandı. Tarixi əhəmiyyətə malik olan bu idman hadisəsi də mükəmməl təşkil olunmuşdu. Avropa Oyunlarının təşkili idman həvəskarlarını valeh etdi, Azərbaycana turist axınında ciddi artıma, ən əsası isə, ölkənin imicinin yüksəlməsinə səbəb oldu.  93 ölkədə yayımlanan valehedici açılış mərasimini  izləyənlərin sayı 1 milyarda çatdı. 17 gün davan edən və dünyanın diqqətini Azərbaycana cəlb edən Oyunlar, əsasən, 68.700 nəfərlik Bakı Olimpiya stadionunda keçirilirdi. Bu stadion UEFA və FİFA tərəfindən müəyyən olunmuş bütün beynəlxalq standartlara cavab verən möhtəşəm memarlıq əsəridir. Bir neçə gündən sonra isə bu stadion artıq UEFA Avropa Liqası final matçına ev sahibliyi edəcək.

Beləliklə, bu gün biz daha bir vacib sinaqla üz-üzəyik - tariximizdə ilk dəfə olaraq Avropa Liqası Finalı keçirəcəyik. İki ingilis komandası -  "Arsenal" ilə "Çelsi" üz-uzə gəlir. Amma, təəssüf ki, hekayə təkrarlanır. Eurovision-2012-də olduğu kimi, indi də final matçının boykot edilməsi və hətta, "Arsenal"ın futbolçusu Henrix Mixitaryanın guya təhlükəsizlik səbəblərinə görə oynaya bilməyəcəyi matçın məkanının dəyişdirilməsinə dair çağırışlar eşidirik.

Halbuki, 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarında 25 idmançıdan ibarət olan Ermənistan komandası təhlükəsiz şəraitdə iştirak etmişdi. Və erməni güləşçisi Karapet Çalyan jurnalistlərə müsahibəsində Bakıda heç bir psixoloji təzyiqlə üzləşmədiklərini, Ermənistan nümayəndə heyətinin yaxşı qarşılandığını etiraf etmişdi.


Xəbərə aid fotolar