Hindistanda dəhşətli görüntülər: məktəblilər yanan binadan özlərini atırlar


Dünya 25 May 2019 10:56:00 292 0

Hindistanda dəhşətli görüntülər: məktəblilər yanan binadan özlərini atırlar

Hindistanın qərbində yerləşən Surat şəhərində yerli məktəb binasında baş verən yanğın nəticəsində azı 19 nəfər həlak olub.

Son.az bu haqda oxu.az-a istinadən xəbər verir.

Hadisə şahidləri binadan qatı tüstünün qalxdığını və içəridə olan bəzi şagirdlərin yanğından qurtulmaq üçün pəncərədən özlərini aşağı atdığını bildirir.

Qurbanların çoxu məktəbin hazırlıq mərkəzində oxuyan yeniyetmələrdir.

Yanğının səbəbi hələ məlum deyil. Rəsmilərin dediyinə görə, binanın mərtəbələrində dam örtüyü tezalışan materialdan olduğundan alov sürətlə yayılıb.