Xarici gimnastlar Azərbaycan dilində danışdılar (VİDEO)


Digərləri 25 May 2019 10:48:00 179 0

Xarici gimnastlar Azərbaycan dilində danışdılar (VİDEO)

Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatında iştirak edən xarici gimnastlar ənənəvi “Azərbaycan dili dərsləri” layihəsində iştirak ediblər

Bakı. Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatında iştirak edən xarici gimnastlar ənənəvi “Azərbaycan dili dərsləri” layihəsində iştirak ediblər. Bununla bağlı hazırlanmış videoçarxda gimnastlar Bakını salamlayır, şəhərin gözəlliyindən və sakinlərin qonaqpərvərliyindən danışır, Milli Gimnastika Arenasında çıxış etməkdən məmnun olduqlarını qeyd edirlər. Trend həmin videonu oxuculara təqdim edir. Qeyd edək ki, mayın 24-də Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb. Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Bu gün qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.