Zelenskiyə uşaq kitabı hədiyyə edildi “Yeni başlayanlar üçün siyasət” VİDEO


Dünya 25 May 2019 10:34:00 209 0

Zelenskiyə uşaq kitabı hədiyyə edildi  “Yeni başlayanlar üçün siyasət”  VİDEO

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskiyə "Yeni başlayanlar üçün siyasət" adlı uşaq kitabı hədiyyə edilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hədiyyə yeni prezidentə Kiyevdə qatıldığı kitab festivalında verilib.

Qeyd edilir ki, sözügedən kitabda siyasi sistem və ölkə ideologiyası uşaqların başa düşəcəyi formada yazılıb.

Zelenski hədiyyədən heç də narahat olmayıb. O, gülümsəyib və məmnunluq hissi ilə kitabı qəbul edib.