UEFA prezidenti Bakıda Avropa Liqasının finalının keçirilməsi qərarını dəstəkləyib


Digərləri 25 May 2019 10:29:56 161 0

UEFA prezidenti Bakıda Avropa Liqasının finalının keçirilməsi qərarını dəstəkləyib

UEFA-nın prezidenti Aleksandr Çeferin Almaniyanın "Der Spiegel" jurnalına müsahibəsində Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını dəstəkləyib.

Bakı. UEFA-nın prezidenti Aleksandr Çeferin Almaniyanın "Der Spiegel" jurnalına müsahibəsində Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını dəstəkləyib. Trend-in məlumatına görə, UEFA prezidenti "Arsenal"ın yarımmüdafiəçisi Mxitaryanın "təhlükəsizlik" məsələsinə görə Bakıya gəlməməsindən danışıb. O bildirib ki, Mxitaryanın dedikləri Fransada "Avro-2016" keçirilən zaman dedikləri ilə paralellik təşkil edir. "Terror hücumlarının hədəfində olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa, gələcəkdə heç nə təşkil edə bilməyəcəyik", - deyə UEFA prezidenti qeyd edib.