Rusiyalı gimnast: Milli Gimnastika Arenasında hər tərəfdən müsbət enerji yayılır


Digərləri 25 May 2019 10:18:58 154 0

Rusiyalı gimnast: Milli Gimnastika Arenasında hər tərəfdən müsbət enerji yayılır

Milli Gimnastika Arenasında hər tərəfdən müsbət enerji yayılır

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında hər tərəfdən müsbət enerji yayılır. Bunu Trend-ə rusiyalı gimnast Anton Kolobov deyib. A.Kolobov gənclər arasında kişilərin fərdi proqramında finala çıxıb: “Öz çıxışımdan razı qaldım. Planlaşdırdığım hər şey alındı. Səhvlər əlbəttə ki, var idi, amma onları da düzəldəcəyəm. Avropa çempionatında yarışlara hazırlaşmaq üçün zəruri şərait yaradılıb”. Gimnast vurğulayıb ki, Milli Gimnastika arenası böyük və gözəldir, burada hər şey rahatdır. Qeyd edək ki, mayın 24-ü Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb.