Paytaxtın mərkəzindəki hotellər 100 faiz bron edilib


Digərləri 25 May 2019 09:07:00 241 0

Paytaxtın mərkəzindəki hotellər 100 faiz bron edilib

UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu ilə bağlı paytaxtın mərkəzindəki hotellər 95-100 faiz bron edilib.

Son.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycana oyunları izləmək üçün səyahət edəcək turistlərin əksəriyyəti yüksək xidmət təklif edən hotellərə üstünlük verirlər:

"Oyunlarla bağlı paytaxtın mərkəzindəki 5 ulduzlu hotellərdə yuxarı seqmentə aid yerlər, demək olar ki, 100 faiz tutulub. Kiçik və orta mehmanxanalarda bu rəqəm 85-90 faizə yaxınlaşır".

S.Dübəndi bildirib ki, hotellərdə qiymət artımı da var və bu gözləniləndir:

"Hazırda 5 ulduzlu hotellərdə 3000-5000 manata bron edilən otaqlar var. Bu cür tədbirləri keçirən digər ölkələrdə də belə tendensiya müşahidə olunur. Xidmət qiymətlərində də artım olacaq. Bu, normaldır. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanın turizm sektoru hələ dünyaya özünü tanıtmaq yolundadır. Bu mənada qiymətlərdə həddindən çox şişirtməyə yol verilməməlidir".

Assosiasiya sədri vurğulayıb ki, final oyunu üçün Azərbaycana gələn turistlərə ənənəvi sahələrdən fərqli xidmətlər də təklif etmək olar: