Meksikada "Mi17" helikopteri qəzaya uğrayıb


Dünya 25 May 2019 08:43:00 202 0

Meksikada "Mi17" helikopteri qəzaya uğrayıb

Rusiya istehsalı olan "Mi-17" helikopter Meksikada qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Valye-Verde (San-Luis-Potosi ştatı) yaxınlığında baş verib.

"Excelsior" portalı xəbər verir ki, helikopter Keretaro əyalətindəki meşə yanğınlarının söndürülməsi işində iştirak edib.

Helikopterdə yeddi nəfər olub, onları taleyi haqqında rəsmi məlumat verilməyib. Lakin bildirilib ki, onlar həlak ola bilərlər.