TikTok'un sahibi yeni musiqi servisini istifadəyə verməyi planlaşdırır


Digərləri 25 May 2019 08:35:00 279 0

TikTok'un sahibi yeni musiqi servisini istifadəyə verməyi planlaşdırır

TikTok sosial şəbəkəsinin sahibi olan ByteDance şirkəti Spotify ilə Apple Music-ə rəqib olacaq musiqi servisinin hazırlanmasını planlaşdırır. bu barədə Bloomberg saytına istinadən Vc.ru saytı xəbər verib. Məlumata əsasən şirkət öz musiqi servisini 2019-cu ilin payız fəslində istifadəyə verəcək. Musiqi servisi ödənişli digər servislərin o qədər də məşhur olmadıqları inkişafda olan ölkələrdə istifadəyə veriləcək.

Son.az technote.az-a istinadən bildirir ki, musiqi servisinin tətbiqi Spotify ilə Apple Music-i tam kopyalamayacaq. ByteDance artıq iki böyük Hindistan səsyazma studiyasının hüquqlarını əldə edib. Söhbət, T-Series və Times Music səsyazma studiyalarından gedir. Techcrunch-ın məlumatına əsasən musiqi servisinin tətbiqi iki versiyaya sahib olacaq: Pullu və pulsuz.

Pulsuz versiya bu ilin iyun ayının sonunda istifadəyə verilə bilər. Ən əsas bazar kimi ByteDance Hindistanı hədəfləyib. ByteDance 2012-ci ildə təsis edilib. 2018-ci ildə Bloomberg 78 milyard dollar bazar dəyərinə sahib bu startapı dünyanın ən bahalı özəl startapı adlandırmışdı. TikTok-dan əlavə olaraq şirkət həmçinin Toutiao adlı xəbər aqreqatoruna, Xigua Video adlı video servisə və s. digər servislərə sahibdir.