“Amazon” emosiyaları tanıyan qurğu hazırlayır


Digərləri 25 May 2019 08:21:00 205 0

“Amazon”  emosiyaları tanıyan qurğu hazırlayır

"Amazon" şirkəti insan emosiyalarını müəyyənləşdirən səsli aktivasiyaya malik daşınan qurğu hazırlayır.

Son.az ICTnews-a istinadən bildirir ki, layihə smartfon əlavəsinə məlumatlar göndərəcək qola taxılan qurğunu nəzərdə tutur. Mikrofonlar və xüsusi proqram təminatı ilə təchiz edilən qurğu istifadəçinin səs tonuna görə onun emosional vəziyyətini müəyyənləşdirəcək və digər insanlarla daha effektiv ünsiyyət qurmaq üçün tövsiyələr verəcək.

Məlumata görə, "Lab126" şirkəti tərəfindən ərsəyə gətirilən yeni qurğunun inkişafı ilə "Alexa" səsli köməkçi funksiyası üçün proqram təminatı hazırlayan mütəxəssislər qrupu məşğul olur.

"Dylan" kod adlı layihə hazırda beta test mərhələsindədir.