Suriya ordusu Hələbin şimalında dörd terroçu öldürüb


Dünya 25 May 2019 08:17:00 198 0

Suriya ordusu Hələbin şimalında dörd terroçu öldürüb

Suriya ordusu "Cəbhət əl-Nusra" terror qruplaşmasının üzvləri tərəfindən Hələbin şimalında yerləşən Maarasta al-Xan rayonuna daxil olmaq cəhdlərinin qarşısını alıb.

Son.az Trend-ə istinadən bildirir ki, döyüş zamanı dörd terrorçu məhv edilib. Suriya ordusunda olan itkilər barədə məlumat verilmir.

Hələbin ətraf ərazilərində quldur birləşmələrinin silahlı hücumlarının aktivləşdirilməsi Hama əyalətinin şimalında və İdlibin cənubunda gedən şiddətli qarşıdurmalar fonunda baş verir.

Suriya hökumət qüvvələri düşmənin cəbhə arxası xəttləri və Xan Şeyxun, Əl-Xobeyt və Abdin arasında hərəkət edən silahlıların dəstələrini atəşə tutub.