Fərman Kərimzadənin dələduzluq edən oğlu barəsində


Digərləri 25 May 2019 08:10:00 219 0

Fərman Kərimzadənin dələduzluq edən oğlu barəsində

Ali Məhkəmədə yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Son.az oxu.az-a istinadən bildirir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib və qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ə.Kərimzadə dələduzluq yolu ilə dörd vətəndaşdan 60 min manatdan çox pul alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Kərimzadə doqquz il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ə.Kərimzadə apellyasiya şikayəti verib. Lakin məhkəmə onun şikayətini təmin etməyib.