Səs vasitəsilə məlumatlar ötürüləcək


Digərləri 25 May 2019 07:41:00 220 0

Səs vasitəsilə məlumatlar ötürüləcək

M. A. Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiya Universitetinin radiorabitə və yayım kafedrasının alimləri səsin köməyi ilə məlumatların ötürülməsi protokolunu hazırlayırlar. Bu protokol "Əşyalar interneti" texnologiyasının işində istifadə edilə bilər.

Son.az ICTnews-a istinadən bildirir ki, səsucaldan vasitəsilə yeni protokolun köməyi ilə qurğulara proqram təminatının yenilənməsini və ya hər hansı komandaları ötürmək mümkündür.

Hələ ki sözügedən texnologiyanın işləmə detalları və mühəndislərin məlumatları ötürmək üçün nədən istifadə edəcəkləri bilinmir.

Hazırda "Əşyalar interneti" texnologiyasında məlumatların ötürülməsi üçün əsas şəbəkə "5G" hesab edilir və bir çox ölkələr onun tətbiqinə başlamaqdadır.