“I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində Şəkidə startap turu keçirilib FOTO


Digərləri 25 May 2019 07:05:00 247 0

“I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində Şəkidə startap turu keçirilib  FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, "Azercell" və "Microsoft" şirkəti tərəfindən birgə reallaşdırılan "I2B - İdeyadan Biznesə" layihəsi çərçivəsində cari il üzrə keçirilən startap turları yekunlaşır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Son.az-a verilən məlumata görə, bu il Mingəçevir, Sabirabad, Sumqayıt, Gəncə, Göyçay, Tovuz, Bakı, Lənkəran, Şamaxı, Naxçıvan və Zaqatala şəhərlərində təşkil olunmuş startap turlarının sonuncu ünvanı Şəki şəhəri olub.

Şəki şəhəri Heydər Əliyev Mərkəzində keçirilən startap turuna Şəki ilə yanaşı, Yevlax, Xaçmaz, Qax, Ağdaş, Mingəçevir, Oğuz, Ağdam, Balakən, Tovuz, Qəbələ, Şirvan, Zaqatala, Bərdə, Hacıqabul şəhərlərindən 80-dək gənc qatılıb.

Tədbir informativ və interaktiv hissələri əhatə edib.

İlk növbədə iştirakçılara "I2B - İdeyadan Biznesə" layihəsi haqqında ətraflı məlumat verilib, müsabiqə qaydaları izah olunub.

İnteraktiv hissədə isə Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin könüllülərinin də iştirakı ilə startap komandalar və ideyalar formalaşdırılıb.

Komandalar mentorların dəstəyi ilə təqdimatlar hazırlayaraq münsiflər heyəti qarşısında çıxış ediblər.


Xəbərə aid fotolar