Milli Gimnastika Arenası gözəldir - britaniyalı məşqçi


Digərləri 25 May 2019 03:40:00 183 0

Milli Gimnastika Arenası gözəldir - britaniyalı məşqçi

Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatında idmançılar üçün yaxşı şərait yaradılıb

Bakı. Cani Babayeva - Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatında idmançılar üçün yaxşı şərait yaradılıb. Bunu Trend-ə Böyük Britaniyanın qrup komandasının məşqçisi Xolli Lou deyib. O qeyd edib ki, Bakıda gimnastlar üçün yaxşı şərait yaradılıb: "Biz hər şey ilə razıyıq. Yarışlar yüksək səviyyədə təşkil olunub. Hər şey çox yaxşıdır, həm Milli Gimnastika Arenası, həm də şəhərin özü. Deyə bilərəm ki, sizin zalınız çox gözəldir". Öz komandasının çıxışından danışarkən, X.Lou onlardan razı qaldığını vurğulayıb, lakin gimnastların çıxışları zamanı bəzi nöqsanlara yol verildiyini qeyd edib.