Karate üzrə "Gəncə Kuboku" beynəlxalq turniri keçiriləcək


Digərləri 25 May 2019 01:42:04 235 0

Karate üzrə "Gəncə Kuboku" beynəlxalq turniri keçiriləcək

Gəncə Olimpiya İdman Kompleksində yarışda bir sıra yaxın ölkələrdən müxtəlif yaşlı karateçilərin iştirakı gözlənilir.

Bakı. 1-2 iyun tarixlərində Gəncə şəhərində "Gəncə Kuboku" beynəlxalq turniri keçiriləcək. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, Gəncə Olimpiya İdman Kompleksində yarışda bir sıra yaxın ölkələrdən müxtəlif yaşlı karateçilərin iştirakı gözlənilir. Azərbaycan Milli Karate Federasiyası, federasiyanın Gəncə Regional Şöbəsi və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkil etdiyi yarışda 6-12 yaşadək uşaqlar və 14-15 yaşlı yeniyetmələr kumite və kata çxışlarında mübarizə aparacaq.