Hansı duyğular qadınlarda cinsi xəstəliklərə çevrilir?


Digərləri 24 May 2019 23:48:00 269 0

Hansı duyğular qadınlarda cinsi xəstəliklərə çevrilir?

İnciklik hissinin heç bir xəstəliyə çevrilməməsi və cərrahi müdaxilə tələb olunmaması üçün nə etmək lazımdır?

Yəqin ki, inciklik həyatımız üçün ən xoşagəlməz və zəhərli hisslərdən biridir. Məsələ ondadır ki, digər duyğulardan fərqli olaraq incikliyin çıxışı yoxdur, o, illərlə yığıla və hansısa mərhələdə ciddi xəstəliyə çevrilə bilər. Psixoloji araşdırmalar göstərib ki, qadınların ərinə olan incikliyi cinsi xəstəliklərə səbəb olur. Mioma əməliyyatı keçirmiş qadınlar etiraf edib ki, əməliyyatdan sonra özünü daha təmiz hiss edir və bundan sonra öz aurasını incikliklə çirkləndirmək niyyəti yoxdur.

Son.az bu yazıda oxuyucuları inciklik duyğusunun fəsadları ilə tanış edir.

İnciklik qadın xəstəliklərinin səbəbi kimi

İnciklik qəzəbin ifadə edilmək haqqı olmayan "uşaq" formasıdır. Bunu sadə misalla izah edək: ailədə qeyri-rəsmi və rəsmi bir qəzəb qadağası var, öz aqressiyanı ifadə etmək olmaz, amma sakitcə incimək mümkündür.

Belə ailə son dərəcə manipulyativdir: "Əgər evə gec gəlsən, ananın təzyiqi qalxacaq". Başqa sözlə bu, çıxış yolu tapmayan qəzəbdir.

Əgər siz incikliyi hiss edirsinizsə:

"Küsəcəm" sözünü özünüz üçün "Mən indi hirslənəcəm"lə əvəz edin.

Qəzəbi istənilən mümkün obrazla ifadə etməyə çalışın, balışları yumruqlayın, məşq və ya rəqs edin, şəkil çəkin, incidiyiniz insana məktub yazın və ya meşəyə gedib qışqırın. Yadda saxlayın ki, qəzəb nə özünüzə, nə də başqasına zərər verməli deyil. Bu zaman nə baş verir? Adrenalinin yüksəlməsi hesabına kortizolun səviyyəsi aşağı normaya düşür və heç bir fəsadları olmur.

İnciklik enerjini azaldır

Sirr deyil ki, inciklik enerjini azaldan duyğudur. Hətta bu, çox hiss edilməsə də. Başqa sözlə daimi inciklik faydalı iş əmsalına çevrilən enerjini udur. Odur ki, burada "deşiyi tıxamaq" əhəmiyyətlidir.

Bunu növbəti üsulla həyata keçirmək olar.