Çin şirkətləri "Boeing 737 MAX" təyyarələrinə görə 580 milyon dollar itirib
Digərləri 24 May 2019 23:51:00 71 0
Bu xəbəri də oxu: Fil ovuna görə 11 brakonyer 176 il həbs cəzasına məhkum edilib
"Boeing 737 MAX" təyyarələrindən istifadənin dayanması səbəbindən Çin aviakompaniyalarının ümumi itkiləri 4 milyard yuan (təxminən 579 milyon dollar) həcmində qiymətləndirilib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Hava Nəqliyyatı Assosiasiyası məlumat yayıb. "Hesablamalara görə, əgər "Boeing 737 MAX" təyyarələrinin uçuşları iyun ayının sonlarına qədər dayandırılsa, bu tip təyyarələrə malik olan və onların çatdırılmasını gözləyən aviakompaniyaların ümumi itkiləri təxminən 4 milyard yuan təşkil edəcək", - deyə sənəddə bildirilir.
Hazırda "737 MAX" təyyarələrindən istifadə edən bütün Çin aviakompaniyaları laynerlərin uçuşlarının dayandırılması səbəbindən "Boeing" korporasiyasından təzminat tələb edir. Ölkədə ümumilikdə bu tip 96 layner var. Çinin Hava Nəqliyyatı Assosiasiyasının məlumatına görə, 2019-cu ildə ölkə aviakompaniyaları daha 130 ədəd "737 MAX" təyyarəsi almalı idi.
Xatırladaq ki, "Ethiopian Airlines" aviakompaniyasına məxsus "Boeing 737-MAX 8" təyyarəsi martın 10-da Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. Bu, 5 ay ərzində həmin model təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzası idi. 2018-ci il oktyabrın 29-da İndoneziyanın "Lion Air" aviakompaniyasına məxsus "Boeing 737 MAX" təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.
Azərbaycan və Rusiya arasında nüvə və radiasiya texnologiyaları, nüvə e

Azərbaycan və Rusiya arasında nüvə və radiasiya texnologiyaları, nüvə e

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

Bir neçə gündən sonra ölkəmizdə yay turizm mövsümü başlayır. Gözəl

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

Mayın 24-də "Art Gallery Hotel"də ölkəmizdə çox populyar olan &

Botsvana Hökumətinin fillərin ovlanmasına yenidən icazə verən qərarı he

Mayın 24-də “Art Gallery Hotel”də ölkəmizdə çox populyar olan “SÖZ

Mayın 24-də IDEA İctimai Birliyinin "Şəhər ekologiyası" layihə

Mayın 24-də IDEA İctimai Birliyinin “Şəhər ekologiyası” layihəsi ç
