BƏƏnin parlamenti yaşlı insanların hüquqlarının qorunması haqqında qanun layihəsini bəyənib


Digərləri 24 May 2019 23:45:00 242 0

BƏƏnin parlamenti yaşlı insanların hüquqlarının qorunması haqqında qanun layihəsini bəyənib

Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurası 60-dan çox yaşı olan vətəndaşların hüquqlarının qorunması haqqında qanun layihəsini bəyənib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə yaşlı nəslin nümayəndələrinin haqlarının qorunmasını nəzarətdə saxlamaq üçün təkmilləşdirilmiş mütəxəssislərdən ibarət komandanın yaradılması və "qaynar xətt"in işə salınması nəzərdə tutulur. Yaşlı adamların hüquqlarının qorunmasını təmin edən 23 maddədən ibarət qanun layihəsi şəxsi həyatın toxunulmazlığı, işləmək hüququnun qorunması, sosial təminat və tibbi xidmətdən istifadə məsələlərini əhatə edir. Sənəddə, həmçinin yaşlı insanların haqlarının pozulması və onlarla kobud davranılması ilə əlaqədar cəzaların tətbiq edilməsi nəzərdə tutulub.

Bununla yanaşı, qanunda yaşlı valideynlərinə və ailə üzvlərinə qulluq edən qohumlar üçün də maliyyə yardımı və imtiyazlar nəzərdə tutulur.