Diş həkiminə gedəndən sonra əl və ayaqlarından məhrum olub


Digərləri 24 May 2019 23:04:00 235 0

Diş həkiminə gedəndən sonra əl və ayaqlarından məhrum olub

İngiltərə sakini Tom Rey 1999-cu ildə diş həkiminə gedəndən sonra ağır sepsis keçirib və əl və ayaqlarından məhrum olub.

Son.az saglamolun.az-a istinadən bildirir ki, Tom həkimə diş daşlarının təmizlənməsi üçün müraciət edib. Prosedur zamanı həkim təsadüfən Tomun damağını deşib və təhlükəli mikroblar kişinin qanına düşüb. Nəticədə Tomda ağır sepsis inkişaf edib.

Həkimə gələndə Tom xəstə idi, o, qripp infeksiyasına yoluxmuşdur və bu da vəziyyəti daha da ağırlaşdırıb. Virus onun orqanizmini zəiflədib ki, sepsis çox sürətlə inkişaf edib.

Həkimdən çıxdıqdan bir neçə saat sonra Tomun hərarəti kəskin artıb, güclü ürəkbulanması başlayıb. Tom xəstəxanaya çatdırılıb və burada komaya düşüb. Kişi yalnız 3 aydan sonra komadan ayılıb.

Həkimlər ağır vəziyyətdə olan Tomun həyatını xilas etmək üçün onun əl və ayaqlarını və həmçinin ağızın bir hissəini amputasiya ediblər.

Komadan çıxandan sonra zavallı kişi yaxınlarını və həyat yoldaşını tanımırdı. Ona uzunmüddətli reabilitasiya tələb olunub.