Kosmosda spirtli və qazlı içki niyə qadağandır?


Digərləri 24 May 2019 22:58:00 265 0

Kosmosda spirtli və qazlı içki niyə qadağandır?

Kosmik stansiya və kosmik gəmi ekipajı üzvlərinin spirtli və qazlı içkilər qəbul etməsi qadağan olunub.

Son.az oxu.az-a istinadən bildirir ki, Rusiyanın Tibbi-bioloji problemlər İnstitutunun qida şöbəsinin müdiri Aleksandr Aqureyev verdiyi açıqlamada bunun səbəblərini izah edib.

Alkoqol ona görə qadağandır ki, kosmonavt son dərəcə məsuliyyətli və yüksək diqqət tələb edən iş görür, spirtli içkinin təsiri altında olsa, onun diqqəti kütləşə, normal davranışları pozula bilər.

Qazlı içkilərə gəlincə, onun saxlanıldığı qabı açanda maye dərhal ətrafa səpələnir, kosmik gəmilərdə və stansiyalarda çoxsaylı elektron cihazların olduğunu nəzərə alsaq, çəkisizlik şəraitində maye damlalarının xaotik şəkildə ətrafa səpələnməsi yolverilməzdir.

Alim qeyd edir ki, Beynəlxalq Kosmik Stansiya yaradılan zaman kanadalı dietoloqlar sualtı qayıq ekipaj üzvləri kimi kosmonavtların rasionuna qırmızı şərabın daxil edilməsini təklif etmişdi.