İraqın şimalında türk hərbçisi həlak olub


Dünya 24 May 2019 22:28:00 202 0

İraqın şimalında türk hərbçisi həlak olub

Türkiyə ordusunun İraqın şimalında davam etdirdiyi əməliyyatlar zamanı bir türk hərbçisi həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, hərbçi Afaşin rayonunda keçirilən əməliyyat zamanı həyatını itirib.

Türkiyənin Müdafiə Nazirliyi bildirib ki, İraqın şimalında PKK terrorçularına qarşı əməliyyatlar uğurla davam etdirilir.