Yunanıstanda ilk dalğıc parkı açılır


Digərləri 24 May 2019 22:03:00 200 0

Yunanıstanda ilk dalğıc parkı açılır

Yunanıstanda ilk dalğıc parkı Peloponnesin şərqində, Cənubi Kinuriya bölgəsində dəniz rayonunda inşa ediləcək.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Energetika və Ətraf Mühit Nazirliyinin məlumatında bildirilir.

Dalğıc parkının sahəsi 1704 kvadratkilometr olacaq. Regionun su altı istirahət zonası kimi fəaliyyət göstərməsi bu bölgədə turizmin inkişafına təkan verəcək.