Anadangəlmə əlləri olmayan Cessika pilot olan ilk qadındır FOTO


Digərləri 24 May 2019 21:54:00 247 0

Anadangəlmə əlləri olmayan Cessika pilot olan ilk qadındır  FOTO

36 yaşlı Cessika Koks anadangəlmə əlləri olmayan qadındır.

Son.az ölkə.az-a istinadən bildirir ki, buna baxmayaraq, Cessika 2008-ci ilin oktyabr ayında ABŞ-ın Federal Aviasiya İdarəsi tərəfindən təkmühərrikli "Ercoupe" təyyarəsinin pilotu olmaq üçün sertifikat alıb. Cessika hələ ana bətnində olanda yuxarı ətraflarının inkişafdan qalması səbəbindən qüsurlu olaraq dünyaya gəlib. 

Amma Cessika piano çalır, maşın sürür, dalğıc kimi dənizə dalır və taekvando üzrə üçüncü dərəcə qara kəmər sahibidir. O, Arizona universitetində psixologiya üzrə təhsil aldıqdan sonra 2005-ci ildə pilot olmaq qərarına gəlir. Bu təhsil isə 3 il davam edib. Nəhayət, 2008-ci ildə pilot kimi təyyarənin sükanı arxasına keçib.


Xəbərə aid fotolar