İsveçrə Şimali Koreya üçün ərzaq yardımına ən çox vəsait ayıran ölkələrdən biridir


Dünya 24 May 2019 21:57:00 209 0

İsveçrə Şimali Koreya üçün ərzaq yardımına ən çox vəsait ayıran ölkələrdən biridir

İsveçrə hökuməti Koreya Xalq Demokratik Respublikasına (KXDR) ərzaq yardımı üçün BMT-nin müvafiq qurumuna 4,98 milyon ABŞ dolları köçürüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İsveçrənin bu il KXDR-ə ərzaq yardımı üçün ayırdığı vəsaitin məbləği 7,8 milyon dollara çatıb. Bununla İsveçrə Şimali Koreyaya ərzaq yardımları üçün ən çox vəsait ayıran Avropa ölkəsi olub. Növbəti yerlərdə Rusiya (4 milyon dollar), İsveç (2,44 milyon dollar) və Kanada (570 min dollar) gəlir.

Qeyd edək ki, beynəlxalq sanksiyalar və əlverişsiz hava şəraiti səbəbindən Şimali Koreyada ərzaq çatışmazlığı yaranıb. Dünya Ərzaq Proqramının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə məlumatına əsasən, ötən il Şimali Koreyada məhsul yığımı 2008-ci ildən bəri ən aşağı həddə düşüb. Ölkə əhalisinin təxminən 40 faizinin təcili ərzaq yardımına ehtiyacı var.

Ötən həftə Cənubi Koreya KXDR-ə ərzaq yardımları üçün beynəlxalq humanitar yardım proqramlarına 8 milyon dollar ayıracağını elan edib.