Bakıda 2 dost küçədə tanışları tərəfindən qarət olundu


Kriminal 24 May 2019 21:42:00 231 0

Bakıda 2 dost küçədə tanışları tərəfindən qarət olundu

Bakıda iki dost küçədə qarət olunub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Bakı şəhər sakini Əhmədzadə Məhəmməd Şahin oğlu gecə saatlarında dostu Süleymanov Süleyman Akif oğlu ilə Nizami rayonu, Qara Qarayev prospekti 68 ünvanında olarkən əvvəllər tanıdığı Azər adlı şəxs onlara yaxınlaşaraq pul tələb edib.

Dostlar ona pul verməkdən imtina edəndə Azər cibindəki bıçaqla S.Süleymanovu hədələyərək onun 105 manatını götürüb hadisə yerindən uzaqlaşıb.