Təyyarə suya düşdü, pilotları balıqçılar xilas etdi


Digərləri 24 May 2019 21:24:00 210 0

Təyyarə suya düşdü, pilotları balıqçılar xilas etdi

Filippin Silahlı Qüvvələrinə məxsus təyyarə Luson adasında suya düşüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, təyyarənin hər iki pilotu xilas edilib.

ABŞ istehsalı olan "OV-10 Bronco" təlim uçuşu həyata keçirib. Təyyarə yerə enmək istəyərkən mühərriki pozulub. Pilotlar vaxtında özlərini laynerdən ata biliblər. Onlar balıqçıların köməyi ilə sudan çıxarılıblar.