Çexiyada vergi sistemi


Digərləri 24 May 2019 21:00:00 230 0

Çexiyada vergi sistemi

Çex Respublikasının vergi sistemi digər Avropa ölkələrinin vergi sisteminin bənzəridir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Çexiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icazə almaq lazımdır. Bu zaman hüquqi şəxslər yerləşdikləri hüquqi ünvanda, ayrı-ayrı şəxslər isə qeydiyyatda olduqları yer üzrə 15 gündə vergi müfəttişliyində qeydiyyata düşməlidilər.

Hüquqi şəxslər üçün gəlir vergisi hazırda 19 faiz təşkil edir. Əgər şirkət fəaliyyət göstərmirsə, onda həmin müəssisə müfəttişliyə sıfır balansı təqdim edir ki, bunun əsasında o, gəlir vergisi ödəmir.

Çexiyada vergi dövrü təqvim ili hesab olunur. Əgər fiziki şəxsin illik gəliri 15 min kronu ötürsə, o vergi deklarasiyası təqdim edir. Vergi müfəttişliyi qarşısında hər bir ölkə vətəndaşı, o cümlədən bu ölkədə minimum 183 gün və ya fasiləsiz yaşayan əcnəbi vətəndaşlar hesabat verməlidirlər. Xarici mənbələrdən gəlir əldə edən fiziki şəxslər də 15 faiz stavkası ilə vergi ödəməlidirlər.