“Anatolian Phoenix2019” təlimləri sona çatıb FOTO VİDEO
Dünya 24 May 2019 20:57:00 207 0
Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix-2019" beynəlxalq axtarış-xilasetmə təlimləri sona çatıb.
Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, təlimlərin bağlanış mərasimində Türkiyə Milli Müdafiə naziri cənab Hulusi Akar və Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler iştirak ediblər.
Türkiyə ordusunun rəhbərliyi təlimlərdə iştirak edən Azərbaycan heyəti ilə də görüşərək onlara sertifikatlar təqdim edib.
Qeyd edək ki, beynəlxalq təlimlərdə Azərbaycan Ordusunun 4 hərbi helikopteri və 60 yaxın şəxsi heyəti iştirak edib.
Mənbə: milli.az