Hindistanda ticarət mərkəzində yanğın:


Dünya 24 May 2019 19:25:00 195 0

Hindistanda ticarət mərkəzində yanğın:

Hindistanın Qucarat ştatının Surat şəhərində yerləşən ticarət mərkəzində baş verən yanğında 15 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, yanğın mərkəzin ikinci mərtəbəsində başlayıb.

Şahidlərin sözlərinə görə, ölənlərin əksəriyyəti yanğından xilas olmaq üçün binadan özlərini aşağı atanlardır.

Hindistanın baş naziri Narendra Mode hadisədən sonra ölənlərin ailələrinə maddi kömək göstəriləcəyini bildirib.