Aerobika gimnastikası üzrə Avropa çempionatında kişilərin fərdi proqramında finalçılar məlum olub


Digərləri 24 May 2019 19:11:06 190 0

Aerobika gimnastikası üzrə Avropa çempionatında kişilərin fərdi proqramında finalçılar məlum olub

Aerobika gimnastikası üzrə Avropa çempionatında gənclər arasında kişilərin fərdi proqramında finalçılar məlum olub

Bakı. Cani Babayeva - Aerobika gimnastikası üzrə Avropa çempionatında gənclər arasında kişilərin fərdi proqramında finalçılar məlum olub. Trend-in məlumatına görə, finala Anton Kolobov (Rusiya, 20.850 xal), Daniel Tavok (Rumıniya, 20.450 xal), Ruy Kansado (Portuqaliya, 20.450 xal), Migel Mane Qabarro (İspaniya, 20.350 xal), Leonard-Marian Manta (Rumıniya, 20.150 xal), Damir Manafov (Rusiya, 20.100 xal), Andrea Kolnaqo (İtaliya, 19.750 xal) və Ahmet Meric Turmamis (Türkiyə, 19.500 xal) vəsiqə qazanıb. Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb. Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparırlar. Ertəsi gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.