Polis “Torqovı”da “Vor v zakone” yazılı köynəklə gəzənləri saxladı


Digərləri 24 May 2019 18:32:00 195 0

Polis “Torqovı”da “Vor v zakone” yazılı köynəklə gəzənləri saxladı

Səbail rayonunun Nizami küçəsində (Torqovı) üzərində kriminal avtoritet Rövşən Lənkəranskinin fotoşəkli olan, "Vor v zakone" yazılan köynəklərlə gəzən gənclər saxlanılıb.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib.

Bildirib ki, hadisə ötən gün baş verib:

"Üç şəxs üzərində müxtəlif yazılar yazılmış köynəklər geyinərək küçədə gəziblər. Dərhal Səbail Rayon polis İdarəsinin Post-patrul Xidmətinin əməkdaşları vəziyyətə müdaxilə edərək həmin şəxsləri 9-cu Polis Şöbəsinə gətirib. 

İlkin araşdırma zamanı hər üç şəxsin yetkinlik yaşına çatmadığı müəyyən edilib və profilaktik söhbətlər aparılıb. Gələcəkdə də bu cür halların yolverilməzliyi onlara çatdırılıb və sərbəst buraxılıb".