“Yeni ulduz” yenidən başlayır?


Şou-biznes 24 May 2019 18:22:00 268 0

“Yeni ulduz” yenidən başlayır?

Bir neçə həftə öncə ATV-nin Bədii Şurasının iclası zamanı Xalq artisti Murad Dadaşovun paylaşdığı "Qarşıdakı planlarımız" adlı fotoda "Yeni ulduz" qeydi diqqət çəkmişdi.

Bu gün isə xalq artisti Faiq Ağayev lent.az-ın canlı yayımında musiqi yarışmasının bərpa olunacağı haqda məlumat verib.

Son.az xəbər verir ki, məsələ ilə bağlı axşam.az-a "SOY Production"ın direktoru və "Yeni ulduz" layihəsini rəhbəri Oqtay Əliyev danışıb.

O söyləyib ki, müsabiqənin yenidən start götürməsi barədə məlumatı yoxdur:

"Bundan xəbərimiz yoxdur, həmin proyekt bizim olduğu üçün birinci biz bilməliyik. Ola bilər ki, "Yeni ulduz"un bərpa olunması Faiq Ağayevin arzusudur. Müsbət bir istəkdir, oturub danışmaq lazımdır. Əsas layihənin maddi tərəfidir. Onları həll etmək lazımdır. Artıq dövr dəyişib, yarışmanın studiyasını müasir tərzdə düzəltmək, böyük ekranlar gətirmək lazımdır. Sadə bir iş ortaya çıxarmaq düzgün deyil. Keyfiyyətli iş üçün isə maliyyə mütləqdir. Əvvəlcə maliyyənin mənbəyini tapmaq lazımdır. Ondan sonra "Yeni ulduz"un bərpası barədə rahat danışmaq olar".