“Sərkisyandan fərqiniz yoxdur”


Dünya 24 May 2019 18:17:00 208 0

“Sərkisyandan fərqiniz yoxdur”

Ermənistanın ekologiya nazirinin müavini Ayser Kazaryan istefa verib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, o bu barədə özünün Feysbuk səhifəsində yazıb.

Kazaryan Nikol Paşinyan hökumətini ədalətsizlikdə ittiham edib və keçmiş Serj Sərkisyan hakimiyyətindən fərqlənmədiyini bildirib:

"İstefa məktubumu yazdım. İnqilab davam edir, keçmiş hakimiyyətin "ədalət prinsipləri" isə qalır, bunu rədd edirəm".

O, istefa məktubunu birbaşa Baş nazir Nikol Paşinyana təqdim edib.