Azad Rəhimov: UEFA rəsmiləri Bakıda final oyununun keçiriləcəyi stadionu qiymətləndiriblər
Digərləri 24 May 2019 17:32:00 258 0
Bakı UEFA Avropa Liqasının final matçına tam hazırdır.
Bakı. Rufiz Hafizoğlu -
Bakı UEFA Avropa Liqasının final matçına tam hazırdır.
Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
A.Rəhimov qeyd edib ki, Bakı bundan əvvəl Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq əhəmiyyətli yarışlara ev sahibliyi edib.
Nazir qeyd edib ki, Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçında 30 mindən çox əcnəbi azarkeş iştirak edəcək.
Onun sözlərinə görə, UEFA rəsmiləri bundan əvvəl oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunu yoxlayıblar və stadiona 5 ballıq cədvəl üzrə 4.5 bal veriblər:
Mənbə: az.trend.az