Venger futbola qayıdır, ancaq...


İdman 24 May 2019 17:21:00 212 0

Venger futbola qayıdır, ancaq...

Goal.az xəbər verir ki, bu sözləri "BBC Sport" açıqlamasında Arsenal-ın sabiq baş məşqçisi Arsen Venger deyib.

"Qısa müddət sonra məni futbol dünyasında görəcəksiniz. Ancaq baş məşqçi kimi çalışıb-çalışmayacağımı bilmirəm".

Fransalı mütəxəssis tezliklə futbola qayıdacağını bildirib: "Komanda çalışdırmağın həsrətində olacağımı düşünürdüm, ancaq vaxt keçdikcə indiki vəziyyət mənə daha xoş gəldi. Futbol mənim sevgimdir. Hansı vəzifə olursa, olsun, geri qayıdacam".

Xatırladaq ki, Venger Arsenal-da 1996-2018-ci illərdə çalışıb. O, 22 il ərzində londonlulara 3 Premyer Liqa kubokunu qazandırıb.