Baş məşqçi: Azərbaycanın gənclərdən ibarət komandası daha çoxuna qadirdir


Digərləri 24 May 2019 17:25:23 227 0

Baş məşqçi: Azərbaycanın gənclərdən ibarət komandası daha çoxuna qadirdir

Mən aerobika gimnastikası üzrə Avropa çempionatında gənclərdən ibarət komandamızın çıxışından razı qaldım

Bakı. Cani Babayeva - Mən aerobika gimnastikası üzrə Avropa çempionatında gənclərdən ibarət komandamızın çıxışından razı qaldım. Bunu Trend-ə aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi Marian Kolev deyib. O bildirib ki, yoxlama məşqində gimnastlar hərəkətləri daha yaxşı yerinə yetiriblər: “Amma bu, normaldır. Gənclər bu gün ilk dəfə çıxış ediblər. Əminəm ki, finalda onlar daha yaxşı çıxış edəcəklər. Bilirəm ki, onlar daha çoxuna qadirdir”. Məşqçi vurğulayıb ki, gənclər komandası yenidir, ona görə də bugünkü çıxış onlar üçün böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb.