Ölkəyə gələn avtomobildə qanunsuz yolla keçirilən siqaretlər aşkarlandı


Kriminal 24 May 2019 17:14:00 229 0

Ölkəyə gələn avtomobildə qanunsuz yolla keçirilən siqaretlər aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21011" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının iç hissəsində gizlədilmiş 7680 ədəd "King" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.