Avropa Gimnastika İttifaqının prezidenti Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatının açılışını elan edib


Digərləri 24 May 2019 17:10:00 190 0

Avropa Gimnastika İttifaqının prezidenti Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatının açılışını elan edib

Mayın 24-də Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi olub

Bakı. Cani Babayeva - Bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının açılış mərasimi olub. Trend-in məlumatına görə, Avropa çempionatını Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov açıq elan edib. O, qonaqları UEG adından salamlayıb: “Aerobika gimnastikası üzrə Avropa çempionatı ilk dəfə Azərbaycanda keçirilir. Gördüyünüz kimi, yarışlar yüksək səviyyədə təşkil olunub. Buna görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva, təşkilat komitəsinin bütün üzvləri, könüllülər və azarkeşlərə təşəkkürümü bildirmək istəyirəm”. Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb. Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparırlar. Ertəsi gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.