Qalmaqallı rokçulardan İsraili qəzəbləndirəcək


Digərləri 24 May 2019 16:54:00 203 0

Qalmaqallı rokçulardan İsraili qəzəbləndirəcək

İslandiyanı "Eurovision - 2019" mahnı müsabiqəsində təmsil edən "Hatari" rok qrupu qalmaqala səbəb olacaq daha bir addım atıb.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Təl-Əvivdə keçirilən yarışmanın finalında anidən Fələstin bayraqlarını açaraq nümayiş etdirən qrup yenidən İsraili qəzəbləndirəcək hərəkət edib. 

Belə ki, onlar İsraildə olarkən fələstinli müğənni Başar Muradla duet oxuyaraq klip çəkdiriblər. "Youtube"da yerləşdirilən "Klefi" adlı layihədə qrup üzvləri yenidən İsraillə düşmən olan ölkənin bayrağını qaldırıb, onlara dəstəyini bir daha nümayiş etdiriblər.